Gündəm

İlham Əliyev: “Füzuli işğaldan azad olundu”

Azərbaycan Ordusu Füzuli şəhərini işğaldan azad etdi. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bəyan edib. İ.Əliyev müraciətində yeni azad edilən məntəqələri də elan edib. Belə ki, Füzulinin Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub.

Siyasət

Ali Baş Komandan atəşkəsin yeganə şərtini açıqladı

“Ötən gün və bu gecə ordumuz Cəbrayıl istiqamətində uğurlu əməliyyatlar keçirib. Strateji yüksəkliklər götürülüb”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib. O bildirib ki, düşmən Cəbrayılı da təslim etmək istəmirdi, amma bu gün Azərbaycan ordusu ard-arda uğurlar qazanır: “Azərbaycan ordusu Cəbrayıl istiqamətində uğurlu əməliyyatlarla strateji yüksəklikləri tutub. Mən hadisələri qabaqlamaq istəmirəm. Bu barədə […]

Hərbi

Daha bir erməni polkovnik məhv edildi

Ermənistanın daha bir polkovniki öldürülüb. Erməni mühəndis, istehkam idarəsinin rəisi, polkovnik Aşot Qazaryan Azərbaycan ordusu tərəfindən məhv edilib. Qeyd edək ki, bir neçə gün əvvəl isə Ermənistanın silahlı qüvvələrinin polkovniki, hərbi hissə komandiri Vaaqn Asatryan Azərbaycan ordusu tərəfindən məhv edilmişdi.

AKTUAL

Ermənilərin Gəncəni raket atəşinə tutması nəticəsində ölən və yaralananların sayı artdı – RƏSMİ + FOTO

Bu gecə saat 01:00 radələrində Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminini kobudcasına pozaraq Gəncəyə yenidən raket zərbələri endirməsi nəticəsində ölən və yaralananların sayı artıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada bildirilib. Bildirilib ki, bu vaxta qədər dağıntılar altından xəsarət almış 52 nəfər yaralı və 13 nəfərin cəsədi çıxarılıb. Axtarış-xilasetmə əməliyyatı davam edir. Qeyd edək ki, Fövqəladə […]

Cəmiyyət

DTX növbəti dəfə erməni terroru barədə xəbərdarlıq edir

Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa […]

Cəmiyyət

Əlilliyi olan insanlar Ali Baş Komandanla həmrəydirlər

Hamıya məlumdur ki, erməni faşistləri Qarabağ və ətraf rayonlarımızı zəbt edərək 30 il idi həyasızcasına öz torpaqları kimi orada məskunlaşmışdı. Çox təəssüflə bildiririk ki, bu bütün dünya ictimaiyyətinə məlum olsa da bəzi ölkələr və beynəlxalq təşkilatlar ermənilərin işğalçı və terrorist hərəkətlərinə göz yumur, onları dəstəkləyir, həm də müasir silah-sursatla da təmin edir. Hətta son zamanlar […]

Gündəm

İlham Əliyev: “Daha altı kənd işğaldan azad edildi”

Prezident İlham Əliyev “Twitter” hesabında bir sıra ərazilərimizin işğaldan azad olunması ilə bağlı post paylaşıb. Paylaşımda deyilir: “Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”  

AKTUAL

İlham Əliyev: “Tezliklə Füzuli rayonu ilə bağlı yaxşı xəbərlər gələcək”

“Azərbaycan ordusu hər gün uğurlu əməliyyatlar keçirir. Bu əməliyyatlar haqqında ictimaiyyətə məlumatlar verilir. Bizim əsas məqsədimiz torpaqlarımızın bütövlüyünü təmin etməkdir”. Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Türkiyənin NTV televiziyasına müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, döyüş meydanında əsas hədəf strateji yüksəklikləri əldə etmək və böyük əraziləri nəzarət altına almaq idi: “Dünən mənim tərəfimdən […]

Cəmiyyət

Tullantıların idarə olunması ilə bağlı layihənin icrası davam edir

Ekoleks” Ekoloji Hüquq Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması istiqamətində tədbirlərin təşkili” adlı layihəsini Sumqayıt şəhərində icra edir. XeberAl.Az saytına verilən məlumata görə, layihənin məqsədi plastik qablaşdırma tullantılarının yaranmasının qarşısının alınması, istifadədə olan plastik qablaşdırmanın təkrar istifadəsi, istifadəsi mümkün olmayan […]