Cəmiyyət Manşetüstü

Mahir Əmrəlinin evini qarət edənlər tapıldı

Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Mahir Əmrəlinin mənzilini qarət etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib. Hüquq-mühafizə orqanlarından XəbərAl.az-a verilən məlumata görə, iki nəfər gənc Binəqədi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən müəyyən edilib və onların ətrafında tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Həmin şəxslərin adları istintaq sirri olduğundan açıqlanmır. Qeyd edək ki, M.Əmrəlinin Sulutəpədə yerləşən […]

Cəmiyyət manset

İlham Əliyev “Xətai” stansiyasında – Foto

Bakı Metropoliteninin “Xətai” stansiyası əsaslı təmir və yenidənqurmadan sonra sentyabrın 12-də istifadəyə verilib. XəbərAl.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev stansiyada görülən işlərlə tanış olub. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlət başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, “Xətai” stansiyası 1968-ci ildə istismara verilib. Stansiyanın 50 ildən artıq istismar […]

Cəmiyyət manset

Şamaxıda direktordan şəhidə hörmətsizlik – Fotolar

XəbərAl.az-ın məlumatına görə,Şamaxının Sabir qəsəbəsində orta məktəb direktoru Gülnurə Babaşova növbəti dəfə xoşagəlməz faktla gündəmə gəlib. Onun tərəfindən şəhid A.Alxanova qarşı hörmətsizliyin fotoları yayılıb. A.Alxanov adına həmin məktəbin həyətində şəhidin heykəlinin qarşısında heyvanlar gəzişir.Şəkillərdən görünür ki, inəklər məktəbin həyətinə daxil olub, şəhid abidəsinin önündə dolaşırlar. Ümumiyyətlə, şəhid büstü baxımsızdır, ətrafının abadlaşdırılmasına ehtiyac olduğu görünür.Məktəbin direktoru […]

Cəmiyyət manset

“Heç bir qurum mediaya nəzarət etmir” – Əflatun Amaşov

Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçirilir. XəbərAl.az xəbər verir ki, tədbirdə Avropa, Asiya və Afrika qitəsini təmsil edən çoxlu sayda media nümayəndələri iştirak edir. Toplantıda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda media sahəsində uğurlar əldə olunub, 1998-ci ildə senzura ləğv edilib, qanunvericilik bazası təkmilləşdirilib: “Daha sonra Mətbuat və […]

Dünya manset

İran Yaxın Şərqi tutub, Rusiyanı vuracaq – Netanyahu

Moskva və Tehranın mövqeləri heç də hər zaman üst-üstə düşmür. XəbərAl.az xəbər verir ki, bunu RBK-ya müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu deyib. O, Rusiyanın gələcəyi üçün iki təhlükənin olduğunu bildirib. Netanyahu bunlardan birinin sünni radikal islam, digərinin isə İran olduğunu deyib: “İran nüvə silahına sahib olmaqla Yaxın Şərqi ələ keçirmək istəyir. Yekunda Tehran silahını […]

manset Sosial

Baş nazirdən əlilliyi olan şəxslərlə bağlı QƏRAR

Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi Qaydası”nı təsdiqləyib. Bununla bağlı qərarı Baş Nazir Novruz Məmmədov imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin hüquqlarının təminatı, təşviqi və qorunması dövlətin prioritet fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə dövlət tərəfindən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin hüquqlarının […]

Kriminal Manşetüstü

Bakıda qadın 3 kişini belə aldatdı – RƏSMİ MƏLUMAT

Bakıda dələduzluqda şübhəli bilinən qadın saxlanılıb. XəbərAl.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı və Sumqayıt şəhər sakinləri olan 3 nəfər 2018-ci ilin sentyabr ayından cari ilin may ayınadək olan müddətdə Fatimə adlı şəxsin onları aldadaraq ümumilikdə 15.900 ABŞ dolları və 800 manat pullarını aldıqlarını […]

Cəmiyyət manset

Bakıda “Əxlaq polisi” yaradılır? – Rəsmi açıqlama

Paytaxt sakinlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq, polis əməkdaşları Bakının bir sıra mərkəzi küçələrindən, xüsusən də “Torqovı”dan (Nizami küçəsi) Azərbaycan xalqının milli dəyərlərinə, mentalitetinə zidd hərəkətlərə yol verən və turistlərə ədəbsiz təkliflər edən qadınları yığışdırıb və onlara müvafiq xəbərdarlıq ediblər. Polisin bu hərəkətləri bütövlükdə şəhər sakinləri tərəfindən müsbət qarşılanıb. XəbərAl.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər […]

Dünya Manşetüstü

“O, həbsxanada olanda…” – Məhərrəm İncə Ərdoğandan danışdı

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Məhərrəm İncə 1990-cı illərdə Prezident Rəcəb Tayyib Ərdoğanın həbs edilməsindən danışıb. XəbərAl.az xəbər verir ki, İncə bu günədək həbsdə olan bir çox siyasətçi ilə görüşdüyünü bildirib. Lakin o, həmin dönəmdə həbsxanada olan Ərdoğana baş çəkmədiyini deyib: “Səlahəddin Dəmirtaşa da baş çəkdim. Həbsxanada idi. Mən İlkər Başbuğ və Mustafa Balbaya […]

Cəmiyyət manset

Əli Həsənov: Azərbaycan azsaylı ölkələrdəndir ki…

Azərbaycanda azad sözə və fikrə dövlət səviyyəsində yüksək əhəmiyyət verilməsinin nəticəsidir ki, transmilli media qurumlarının ölkə ərazisində verilişlərinin yayılmasında heç bir məhdudiyyət yoxdur, eyni zamanda vətəndaşların “Facebook”, “Twitter”, “Youtube”, “Instaqram” kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilib. Bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik […]