Kriminal manset

Kürdəmirdə əməliyyat: 42 yaşlı kişi cinayət başında yaxalandı/Foto

Kürdəmir rayon polis şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda natrkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan XəbərAl.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Şilyan kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Əhməd Mahmudov 8 kibrit qutusunda çəkisi 34 […]

Cəmiyyət manset

Bakıda güclü küləklə bağlı açıqlama

Bu gün müşahidə edilən güclü şimal-qərb küləyi sabahdan etibarən mülayimləşəcək. Bu sözləri XəbərAl.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, sabah səhər saatlarından etibarən havanın temperaturu mülayimləşəcək. Nazirlik rəsmisi onu da qeyd edib ki, bugünkü güclü küləklə bağlı xəbərdarlıq artıq müvafiq təşkilat və […]

Dünya Manşetüstü

Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüşdü – Video

Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu, keçmiş millət vəkili Aydın Abbasov məşhur kriminal avtoritetlə görüntülənib. XəbərAl.az-ın əldə etdiyi məlumata görə, Aydın Abbasov Türkiyənin “Rəis” ləqəbli kriminal avtoriteti Sedat Pekerlə yaxın dostdular. Onlar biznes və digər məsələlərlə bağlı mütamadi olaraq bir araya gəlirlər. Aydın Abbasov son olaraq bir neçə gün bundan əvvəl Sedat Pekerlə […]

Hadisə manset

Bakıda ağır qəza: ölən var

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “VAZ” markalı minik avtomobili ilə “KamAz” markalı yük avtomobili toqquşub. Nazirlikdən XəbərAl.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1982-ci il təvəllüdlü Ağakişiyev Faiq Mirzəfər oğlunun […]

Manşetüstü Şou-Biznes

Məcidə uduzan Aysundan gözlənilməz iddia: “Qalib gəlsəydim Kəmalə Piriyevanı…”

“Maşın” şouda oyundan çıxan Aysun İsmayılova açıqlama verib. XəbərAl.az xəbər verir ki, “Maşın”ın 18-ci sürətində oyundan çıxan Aysun İsmayılova qalib gəlsəydi, aparıcı Kəmalə Piriyevanı oyundan çıxaracağını qeyd edib. İfaçı oyuna başlayarkən aktyor Məcid Hüseynovu hədəf seçib. Tamaşaçılar onun getməsinə 55,04 səs verib. Aysun İsmayılova səsvermədə aktyora uduzaraq “Maşın”ın 18-ci sürətində oyunu tərk edib.

Bölgə manset

Cəbhədə gərginlik: Ermənistan atəşkəsi 23 dəfə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub Bu barədə XəbərAl.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Ağdam rayonunun işğal altında olan […]

Hadisə manset

Qubada dəhşətli hadisə – 18 yaşlı oğlan öldü

Qubada ölümlə nəticələnən bədbəxt hadisə baş verib. XəbərAl.az xəbər verir ki, Yerfi kənd sakini, 2001-ci il təvəllüdlü Babayev Cabir Barat oğlu mal-qara otararkən elektrik xəttinə toxunub. Nəticədə C.Babayevi cərəyan vurub, o, hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, noyabrın 2-də Cabirin 18 yaşı tamam olacaqdı.

Kriminal manset

Qayınata və qayınana hamilə gəlini döyüb xəstəxanalıq etdi – Səbəbi sizi ŞOKA SALACAQ

Daşkəsən rayonunda döyülmə faktı qeydə alınıb. Hadisə rayonun Əmirvar kəndində qeydə alınıb. Belə ki, 2000-ci il təvəllüdlü Abdullayeva Ayşə Samir qızı gəlin getdiyi evdə qayınatası və qayınanası tərəfindən döyülüb. Bədəninin bir çox hissəsinin əzildiyi bildirilən gəlin dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir. A.Abdullayevanın yaxınları onun gülüş […]