İdman

Ronaldunun koronavirusla bağlı testinin nəticəsi açıqlandı

“Yuventus”un hücumçusu Kriştianu Ronaldu koronavirus epidemiyası ilə bağlı testdən keçib. Ölkəsi Portuqaliyada karantinə alınan 35 yaşlı forvardın testinin nəticəsi açıqlanıb. Portuqaliya Səhiyyə Nazirliyi superulduzda koronavirus xəstəliyinin aşkarlanmadığını bəyan edib. Bununla belə, milli komandanın kapitanı klubuna qoşulmaq üçün hələlik İtaliyaya göndərilməyəcək. Qeyd edək ki, “Yuventus”un müdafiəçisi Daniele Ruqanidə koronavirus xəstəliyi aşkarlandığından, Kriştianu Ronaldu doğulduğu şəhər olan […]

Cəmiyyət

Azərbaycanda daha dörd nəfərdə COVID-19 aşkarlandı – VİDEO

İran İslam Respublikası və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. Məlumatda bildirilir ki, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Eyni zamanda qeyd olunub ki, bundan əvvəl xüsusi rejimli xəstəxanaya […]

Cəmiyyət

“WhatsApp”da ölüm xəbəri yayılan oğlan danışdı – “Zarafat idi”+Video

Bir neçə gün öncə WhatsApp statuslarında koronavirusdan ölüm xəbəri yayılan Eyvaz Cəfərov “Real TV”-yə danışıb. O, açıqlamasında bunun WhatsApp zarafatı olduğunu bildirib. Qeyd edək ki, dostların zarafatı vətəndaşlar arasında əsassız panikaya səbəb olub. Buna görə də, Eyvaz Cəfərov dostu Faiqlə etdiyi zarafata görə özünə haqq qazandırmır.  

İdman

“İdmanda terror” mövzusunda dəyirmi masa təşkil edilib

Azərbaycan Respublikasında idman siyasətinin inkişafı, ölkəmizdə keçirilən beynəlxalq yarışların təhlükəsizliyinin təminatı dünya aparıcı idman qurumları tərəfindən yüksək qiymətləndirilir. Bu da öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafı istiqamətində apardığı uğurlu siyasətin nəticəsidir. Yeni çağırışları, beynəlxalq təcrübədən irəli gələn məsələləri, ölkəmizdə idmanın təhlükəsizliyinin təminatını nəzərə alaraq bu gün Gənclər və İdman Nazirliyi, […]

Cəmiyyət

“Şok” icra başçısı vətəndaş üçün görəcəyi işi mətbuatda işıqlanmasını istədi-Video

Şirvan şəhərində nələr baş verir? Bu gün apardığımız müşahidələrdən görürük ki,bir çox məmurlar öz işlərinə laqeyd yanaşır. Təbii ki,bu qənaitə gəlməyimiz,heç də əbəs yerə deyil. Yəqin ki,oxucularımız yaxşı xatırlayır ki,bir neçə gün öncə redaksiyamıza Şirvan şəhər sakini,2-ci qrup əlil Qulibekov Ziyafət Yaşar oğlu,məmur ozbaşınalığından son ümid yeri olaraq “DogruXeber.az” informasiya agentliyini seçmişdir. Dərdini bizə danışan […]

Siyasət

Fəzail Ağamalıdan Fikrət Yusifova cavab: “Nə yaşına, nə də başına yaraşan hərəkət deyil”

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı iqtisadçı ekspert, sabiq maliyyə naziri Fikrət Yusifovun partiya sıralarını tərk etməsi ilə bağlı bəyanatına münasibət bildirib.  F.Ağamalı, Fikrət Yusifovun səsləndirdiyi ittihamlara da cavab verib. O, söyləyib ki, sabiq maliyyə nazirinin bu sayaq açıqlamasını təəssüflə qarşılayıb: “Yüksək münasibətlərimiz olan Fikrət Yusifov bu sayaq açıqlama ilə çıxış edir. O, hələ ötən ilin […]

Siyasət

Prezident Şahin Mustafayevə yeni vəzifə verdi

Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiyanın sədri dəyişib. Prezident İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında sərhəd-nəzarət buraxılış məntəqələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə Komissiya haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 20 may tarixli 423 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncamda əksini tapıb. Sərəncama əsasən, Baş Nazirin müavini Şahin Mustafayev […]

Şou-Biznes

Murad Dadaşov bu müğənnilərin efirə çıxmasına qadağa qoydu

Xəzər TV-yə yeni rəhbər təyin olunmuş Xalq artisti Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib.   O, ictimaiyyət arasında bayağı adlandırılan müğənniləri tez-tez iki proqramında ( “5-də 5” və “Ay zaur”) qonaq edən aparıcı Zaur Kamala xəbərdarlıq edib. M.Dadaşov aparıcıya verilişlərin keyfiyyətinin artırılmağı barədə göstəriş verib. Bununla bağlı “5-də 5” proqramı […]

Şou-Biznes

Şairə Nazilə Səfərli ARB TV-də aparıcısı olduğu “Ona qalsa” proqramından uzaqlaşdırılıb.

Onun verilişinin aparıcılığı prodüser Sayqa Cahidə tapşırılıb. ARB TV-nin mətbuat katibi Ozal İbrahimli Axşam.az-a açıqlamasında məlumatı qismən təsdiqləyib: “Bayram günlərində Nazilə Səfərlinin işləri olduğu üçün onun yeri boş qalmasın deyə verilişi Sayqa Cahid aparacaq. Nazilə Səfərlinin efirdən uzaqlaşdırılması müzakirə mövzusu deyil. Bayramdan sonra aparıcılığına davam edəcək”. N.Səfərli isə bu barədə sualları cavablandırmayıb. S.Cahidlə əlaqə saxlamaq […]

Cəmiyyət

DTX-dan daha bir əməliyyat: Üç yüksək vəzifəli məmur həbs olundu – Rəsmi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda bildirilib ki, Azərbaycan Respublikasının dövlət sərhədindən qatar və yük maşınları ilə nəql edilməklə külli miqdarda tütün məmulatlarının ölkədən müntəzəm qaçaqmalçılıq yolu ilə çıxarıldığına dair əldə olunmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən birgə araşdırma […]