Cəmiyyət

Yol Polisindən sərt xəbərdarlıq: Sabahdan bu sürücülər cərimələnəcək – RƏSMİ + VİDEO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi avtomobil idarə edən zaman kəmər taxmayan sürücülərə xəbərdarlıq edib. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, mart ayının 15-dən respublika üzrə keçiriləcək təhlükəsizlik tədbirləri zamanı konstruksiyasında təhlükəsizlik kəmərləri nəzərdə tutulmuş avtomobil saxlanılarkən kəmərlərin çıxarılması halları müəyyən edilərsə, məsuliyyətə cəlb ediləcəklər. Belə ki, həmin nəqliyyat vasitəsini […]

Kriminal

Bakıda DTX və Baş Prokurorluqdan birgə əməliyyat: Qanunsuz valyuta mübadiləsi aparanlar ələ keçdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən davamlı iqtisadi inkişaf siyasəti nəticəsində, son günlər dünya ölkələrində yayılmaqda olan koronavirus təhlükəsi ilə əlaqədar qlobal maliyyə və enerji bazarlarında baş verən dəyişikliklərə baxmayaraq ölkə həyatının bütün sahələrində makroiqtisadi və maliyyə sabitliyi etibarlı şəkildə qorunub saxlanılmaqdadır. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, […]

Dünya

Yunanıstan hökuməti əhalini evdən çıxmamağa çağırdı

Yunanınstanda koronavirus səbəbindən üçünçü ölüm hadisəsi baş verib. “Haber Global”ın məlumatına görə, bu barədə Yunanıstanın Səhiyyə idarəsindən açıqlama verilib. Ölən şəxslər 62, 67 və 92 yaşında olublar. Yunanıstanın Baş naziri Kiryakos Miçotakis televiza vasitəsi ilə verdiyi açıqlamada ölkəni koronavirusla bağlı çətin günlər gözlədiyini bildirib. Səhiyyə qurumları isə əhalini məcbur olmadıqları təqdirdə evlərindən çıxmamağa çağırıb.

İdman

Bakıdakı daha bir yarış ləğv olunur: Beynəlxalq federasiya məlumatlandırılıb

8-10 may tarixlərində Bakıda keçiriləcək ənənəvi cüdo üzrə Böyük Dəbilqə turniri ləğv oluna bilər. Bu barədə  Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlu məlumat verib. O bildirib ki, ölkədə tətbiq olunan xüsusi rejimlə bağlı Beynəlxalq Cüdo Federasiyasına (IJF) məktub ünvanlayıblar: “Bildiyiniz kimi, koronavirus təhlükəsinə görə, aprelin 30-dək nəzərdə tutulmuş Rabat, Tbilisi, Antalya Qran Priləri, […]

Cəmiyyət

Azərbaycanda icra başçısı müavinini işdən çıxardı – FOTO

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev müavinini işdən çıxarıb. “Qafqazinfo”nun məlumatına görə, rayon başçısı İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Samir Neymətovu vəzifəsindən azad edib. Bundan başqa, Köhnə Xudat inzibati ərazi dairəsi üzrə nümayəndə Şölə Mirzəyeva və Qalağan inzibati ərazi dairəsi üzrə nümayəndə Turabova Vahidə yaş həddinə görə vəzifələrindən azad edilib.

Siyasət

İlham Əliyev və Ərdoğan razılığa gəldi: Sərhəd müvəqqəti bağlandı

Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon əlaqəsi olub. “Haber Global” xəbər verir ki, Azərbaycan dövlət başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan bugünkü telefon danışığında iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlər, regional məsələlər müzakirə olunub. Bundan əlavə, dövlət başçıları koronavirus pandemiyasına qarşı alınan tədbirlərlə əlaqədar olaraq, iki ölkə arasında karqo […]

Cəmiyyət

DTX-dən dollar əməliyyatı saxlanılanlar var

Daxil olmuş əməliyyat məlumatları əsasında Dövlət Təhlükəsizliyi Xidmətinin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 13 mart 2020-ci il tarixdə həyata keçirilmiş birgə operativ əməliyyat-axtarış tədbirləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “Amrahbank” ASC-nin paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Azadlıq” filialının inzibati binasında icarəyə götürdükləri otaqda qanunsuz olaraq valyuta […]

Təhsil

F.Əliyarov adına Astara şəhər 6 saylı tam orta məktəblə bağlı HESABAT

                                                Astara şəhəri üzrə “Təhsil Araşdırmalar Mərkəzi”nin (“Gənc Alimlər” təşkilatının və medianın dəstəyi ilə) apardığı çalışma və monitorinqlərin nəticəsində şəhərdə xüsusi həssas və problemli məktəb olaraq nəzərə çarpan F.Əliyarov adına 6 saylı tam […]

Cəmiyyət

470 ailə 25 ildir qəzalı binada yaşayır – VİDEO

Gəncənin Gülüstan qəsəbəsində 470 ailə 25 ildir ki, qəzalı binalarda yaşayır. Baku.Tv xəbər verir ki, Kəlbəcər rayonundan məcburi köçkün düşmüş ailələr Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasında məskunlaşıblar. Bina hazırda qəzalı vəziyyətdədir. Eləcə də, elektrik sistemi yararsız haldadır, mavi yanacaq isə yoxdur. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Məlum […]