Dünya manset

Rusiya ilə buna hazırıq – Çin

Çin Rusiya ilə birlikdə II Dünya müharibəsinin nəticələrini qətiyyətlə dəstəkləməyə hazırdır. Xəbəral.az  xəbər verir ki, bunu Çinin Xarici İşlər naziri Van Yi deyib. “Çin Rusiya ilə birlikdə II Dünya müharibəsinin nəticələrini qətiyyətlə müdafiə etməyə, BMT Nizamnaməsinin prinsiplərinə və beynəlxalq münasibətlərin təməl normalarına riayət etməyə hazırdır”, – XİN başçısı bildirib.

Hadisə manset

Ağsuda avtomobil oğurlayan şəxs tutulub – VİDEO – YENİLƏNİB

Ağsu rayon sakini Ramil Əli oğlu Abuzərov polis şöbəsinə müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilin naməlum şəxs tərəfindən oğurlandığı barədə məlumat verib. Xəbəral.az xəbər verir ki Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili əvvəllər məhkum olmuş Kürdəmir rayon sakini Araz İmanqulu oğlu Vəliyev olduğu müəyyənləşib. O, Ramil Abuzərova məxsus “VAZ-2107” markalı avtomobili almaq istədiyini […]

AKTUAL manset

Fəzail Ağamalı Azərbaycan Xalqını Ramazan Bayramı münasibəti ilə təbrik etdi

Millət Vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan Xalqını Ramazan bayramı münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Bütün soydaşlarımızı ürəklərə paklıq, evlərə ruzi – bərəkət gətirən Ramazan bayramı münasibətilə təbrik edir, Yaradanımızdan xalqımıza xeyirli günlər nəsib etməsini diləyirəm. Bayramınız mübarək”!

AKTUAL manset

AVP- Mətbuat Xidməti Tünzalə İsmayıllı: Allah Orucunuzu Qəbul etsin!

Azərbaycanda milli və dini mərasimlər, hemcinin islam dünyasının ayrılmaz hissəsi olan Ramazan bayramı hər il təntəneli qeyd edilir. Orucluğun sınaqlarından alnıaçıq çıxan möminlerimiz Ramazan günlərini qürur hissi ilə yola salır, bayram sevincini məmnunluqla bölüşürlər.Xalqımızın əmin-amanlığı üçün diləklər edilir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Bu əziz bayram günlərində bütün xeyirxah niyyətlərə qosulub, dualarınızın Tanrı dərgahında […]

AKTUAL manset

Tahir Kərimli: Koronavirusun guya olmaması barədə məlumatlar yayan şəxslər məsuliyyətə cəlb olunmalıdır

Koronavirusun guya olmaması barədə məlumatlar yayan şəxslər məsuliyyətə cəlb olunmalıdır. Çünki əhali arasında əsassız məlumatlar yayılması Azərbaycanda yoluxmanın ikinci dalğanın başlaması təhlükəsini yaradır. Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib. Onun sözlərinə görə, dünyanı ağuşuna alan koronavirusla mübarizə üçün Azərbaycanda kifayət qədər qabaqlayıcı tədbirlər görülub. Lakin bu, o demək deyil ki, artıq bu təhlükə […]

AKTUAL manset

Naxçıvana yeni baş nazir təyin olundu – Sərəncam

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi haqqında Ali Məclisin qərarını imzalayıb. Xəbəral.az xəbər verir ki, qərarara əsasən, Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib. Qeyd edək ki, bu gün altıncı çağırış Ali Məclisin ikinci sessiyası keçirilib. Sessiyada muxtar respublikanın Baş […]

İdman Manşetüstü

Dünya çempionu parkda spirtli içki qəbul etdiyi üçün saxlanıldı

Cənubi Afrikanın uzununa tullanma üzrə dünya çempionu Luvo Manyonqa saxlanılıb. Xəbəral.az BBC-yə istinadən xəbər verir ki, 29 yaşlı atlet ölkəsinin Kayamandi qəsəbəsində özünü təcrid qaydalarını pozduğu üçün tutulub. O, parkda spirtli içki qəbul edib. 29 yaşlı idmançı iyunun 29-da məhkəməyə getməli və ya könüllü olaraq 2500 rand (təxminən 143 ABŞ dolları) ödəməlidir. Qeyd edək ki, Luvo Manyonqanın 2012-ci […]

AKTUAL manset

İcra başçısı villasına görə liseyin pəncərələrini hördürdü – VİDEO

Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov 96 saylı Tərtər Peşə Liseyinin pəncərələrini hördürüb. Xəbəral.az  xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Məlumatda deyilir ki, liseyin binası icra başçısının evinin yaxınlığında yerləşir. “Müstəqim Məmmədov pəncərələri hördürüb ki, evi görsənməsin”, – məlumatda qeyd olunub. Bildirilir ki, liseydə hazırda Kəlbəcərdən olan məcburi köçkünlər məskunlaşıb. Xəbərdə o […]

AKTUAL manset

Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır

İnsanları vahid məqsəd, niyyət uğrunda birləşdirən, dövlətin, cəmiyyətin və vətəndaşın birgə və qarşılıqlı fəaliyyətini təmin edən “Könüllülük” Azərbaycanda vətənpərvərliyin, xalqa, dövlətə, milli-mənəvi dəyərlərə bağlılığın göstəricisidir. Hazırda dünya ölkələrini çoxsaylı insan tələfatı ilə yanaşı, bir sıra iqtisadi, siyasi, tibbi və sosial problemlərlə üz-üzə qoyan Koronovirus pandemiyasına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, başlıca olaraq, pandemiya nəticəsində […]

AKTUAL manset

Bu gün Naxçıvana yeni baş nazir təyin olunacaq

Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək. Xəbəral.az xəbər verir ki, sessiyanın gündəliyinə üç məsələ daxil edilib. Bunlar Naxçıvan Muxtar Respublikasının Baş Nazirinin təyin edilməsi, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsidir.