Cəmiyyət

İtaliya ən yaxın tərəfdaşlarımızdan biridir

       Azərbaycan Avropa İttifaqının üzv olan dövlətlərlə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlıdır.  Ölkəmiz Şərq Tərəfdaşlığından kənar həmin dövlətlərlə ikitərəfli münasibətlər qurur və inkişaf etdirir. Azərbaycan Avropa İttifaqı ilə həmçinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən […]

Cəmiyyət

Tarixi geosiyası addımlar

       Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, ölkəmizin maraqlarına cavab verən və tam müstəqil siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dövlətimizin beynəlxalq münasibətlər sistemində söz sahibi olmasına, mövqeyinin möhkəmlənməsinə, nüfuzunun davamlı şəkildə artmasına səbəb olub. Azərbaycanın İtaliya ilə münasibətləri də çox yüksək səviyyədədir. Ölkələrimiz arasında siyasi dialoq olduqca fəaldır və ikitərəfli […]

Cəmiyyət

Regionumuzda sülhün və təhlükəsizliyin qorunması əsas şərtdir

     Hazırda Azərbaycanın dünya dövlətləri arasında tutduğu layiqli mövqe, malik olduğu yüksək status Prezident İlham Əliyevin apardığı xarici siyasətin nəticəsidir və bu xarici siyasət xətti Azərbaycan xalqının milli maraqlarını hər şeydən üstün tutur. Prezidentin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı ilə tanış […]

Cəmiyyət

Azərbaycan Avropaya qaz ixracı və

nəqliyyat sistemində mühüm rola malikdir          İtaliyada səfərdə olarkən Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərək qaz ixracının gələcək illərlə bağlı hədəflərini açıqladı. Dövlətimizin  başçısı bəyan etdi ki, Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa […]

Cəmiyyət

Prezident İlham Əliyevin İtaliya səfəri

iki ölkə arasındakı münasibətləri fəallaşdırıb         Prezident İlham Əliyevin müxtəlif platformalarda keçirilən görüşlərdə ölkəmizin mövqeyini dünyaya bəyan etməsi artıq bir ənənəyə çevrilib. Cənab İlham Əliyevin  İtaliyaya səfərə dəvət olunması da Azərbaycan Prezidentinin şəxsiyyətinə, nüfuzuna olan böyük hörmət və etimadın ifadəsidir. Cənab Prezident İtaliyada müzəffər Ali Baş Komandan kimi tanınır və bilirlər ki, o, tarix yazmış […]

Cəmiyyət

Prezident İlham Əliyevin növbəti diplomatik uğuru

      Bütün dünyada olduqca gərgin və ziddiyyətli proseslərin getdiyi, ciddi geosiyasi savaşların baş verdiyi bir dövrdə beynəlxalq aləmdə söz sahibi olmaq, ölkəni dinamik şəkildə inkişaf etdirmək, dünya dövlətlərinin Azərbaycanla hesablaşmasına nail olmaq və bütün bunların nəticəsi olaraq, otuz ilə yaxın müddətdə düşmən işğalı altında qalmış torpaqları azad etmək, əlbəttə ki, misilsiz tarixi nailiyyətdir. Görkəmli siyasi […]

Cəmiyyət

QHT-lər birləşib yeni koalisiya yaratdı

Sentabrın 3-də “Qan Donorları Assosiasiyası” ictimai birliyi və ölkənin elm, təhsil, mədəniyyət, məşğulluq sahəsində fəaliyyətdə olan “Gənclərin Həmrəyliyinə Dəstək” ictimai birliyi, “İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” eyni zamanda  “Gənclərin İnkişafına Dəstək” gənclər təşkilatları tərəfindən qarşılıqlı əməkdaşlıq memarandumu imzalayıb. Qan Donorları Assosiasiyasının mətbuat xidmətindən verilən məlumata əsasən, azərbaycanda fəaliyyət göstərən və koalisiya memarandumuna imza atan […]

Cəmiyyət

İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli tərəfdaşıdır

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 31-də İtaliya Respublikasına işgüzar səfərə yollandı. Prezidentin İtaliya səfəri həm də ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edirdi. Bildiyim kimi Azərbaycan-İtaliya xalqları çox əsrlik tarixi keçmişə malikdir. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşıdır. İtaliya və Azərbaycan arasında siyasi dialoq olduqca […]

Cəmiyyət

Ulu Öndərin ömür yolu Vətənə və xalqa xidmət nümünəsidir

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin […]

Cəmiyyət

Ümummilli Liderimizin irsi

müstəqilliyimizin qorunub saxlanılmasının təməlidir       Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır: “Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Ulu öndər Heydər […]