Araşdırma

“Adamlar elə bilir jurnalist ancaq hakimiyyəti tərifləməlidir” – Ədil Hüseynov

Sharing is caring!

Bəlli problemi ətraflı araşdırıb yazan peşəkar jurnalistə müxalifətçi damğası vurulursa, o zaman hakimiyyəti müdafiə edən, jurnalist kimdir – iqtidarçı?”.

Bunu sosial şəbəkə hesabında tanınmış jurnalist, Bizimxeber.az portalının baş redaktoru Ədil Hüseynov yazıb. Baş redaktor bildirib ki, ölkədə araşdırma jurnalistikası ciddi nəzarət və təpki altındadır:

“Peşmansan nəyisə araşdırıb yazmağa, dərhal olursan vətən xaini, müxalifətçi, düşmən… Dərhal zəng edib soruşurlar – “Reyesterdən keçimsən? Haqqın var yazmağa?”, “Sən kimsən nəyisə aparaşdırırsan?”…  Bir talpa begamot da sosial şəbəkədə tökülüşür üstünə, ağzına gələni yazır. Sayları da o qədər çoxdur ki, hamsına cavab da verə bilmirsən.  Bu sürünü harda saxlayır bunlar?

Ölkədə müstəqil mətbuat yoxdur deyə, adamlar elə bilir, jurnalist elə ancaq hakimiyyəti tərifləməlidir, ancaq yaxşısını yazmalıdır, səhvi gizlətməlidir, problemləri görəndə kor olmalıdır, lal olmalıdır, yalataqlıqla məşğul olmalıdır. Elə deyil, müstəqil mətbuat, peşəkar jurnalistika olmasa balans pozular… Necə ki pozulub”- deyə Ədil Hüseynov yazıb.

Bizimxeber.az

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir