Qusar rayonu Urva kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Səidə Bağışova təhsilverənlərin sertifikatlaşdırılması imtahanında yüksək nəticə (60 bal) əldə edib. S.Bağışova Təhsil TV-yə açıqlamasında qeyd edib ki, o, sözügedən kənddə anadan olub, Urva kənd tam orta məktəbini bitirib və daha sonra bu məktəbdə müəllim kimi çalışmağa başlayıb. Səidə müəllimin uğur hekayəsindən bəhs etdiyi süjeti təqdim edirik: […]
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 793 106 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 240 nəfər müalicə olunaraq sağalıb, […]
NASA astronavtları Nikol Mann və Duq Uilok “SpaceX” şirkətinin “Starship” kosmik gəmisinin “Human Landing System” (HLS) lift sisteminin kiçildilmiş prototipini uğurla sınaqdan keçiriblər. Gələcəkdə oxşar qurğu “Artemis III” və “Artemis IV” pilotlu missiyalarının iştirakçılarını Ay səthinə endirməli olacaq. Bu barədə Amerika Kosmik Agentliyinin saytında məlumat verilib. Ay lifti maketi ABŞ-nin Kaliforniya ştatının Hotorn şəhərindəki “SpaceX” […]