Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını almaq üçün tədbirlər görülür. Xeberal.az
Bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracının dəyəri 1,8 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 222 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 faiz azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verir. Qeyri-neft sektoru üzrə ixracın belə ciddi […]
“Fənərbağça”nın UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Moldovanın “Zimbru” komandası olub. Məlumata görə, Kişineu təmsilçisi San-Marinonun “La Fiorita” klubuna qalib gələrək növbəti mərhələyə adlayıb. Bildirilir ki “Fənərbağça” ilk matçını iyulun 26-da “Ülkər” stadionunda keçirəcək. Cavab matçı isə avqustun 2-də oynanılacaq. Mənbə: Haber Global Xeberal.az