Polis əməkdaşlarının yanvarın 10-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində 10 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 10 kiloqram 555 qram marixuana, 103 qramdan çox heroin və 37 qram metamfetamin olub. Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir. Xeberal.az
Şəkinin Şin kəndinin sakinləri qaz problemindən əziyyət çəkirlər. “Xezerxeber.az”ın məlumatına görə, Şin kəndində 270-dən çox ailə yaşayır. Kəndin başlanğıcına qədər gətirilən magistral qaz xəttindən qonşu Baş Laysqı, Baş Göynük kəndlərinə xətt çəkilsə də, uzun illərdir Şin kənd sakinlərinə qaz çəkilmir. Kəndi əhatə edən dağ sıldırımlı olduğu üçün ilboyu odun işlətməyə məcbur olan insanlara bir maşın […]
Ölkə ərazisində hava şəraitinin dəyişməsi, havaların soyuması və qar yağması ilə əlaqədar olaraq xüsusi mühafizə olunan təbiət ərazilərində otyeyən heyvan və quşların yemə olan tələbatının ödənilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın milli parklarında və dövlət təbiət qoruqlarında heyvan […]