Azərbaycan Prezidenti İlham Əliyev Şahin Soltan oğlu Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı Prezident.az məlumat yayıb. Bundan başqa, sənədlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib. […]
“Tarix göstərir ki, biz son 100 ildə nə vaxt Rusiya ilə düzgün işləməmişik, torpaq itirmişik. 1990-cı illərdə də bizi beynəlxalq məkanın əli ilə Rusiya ilə toqquşdurub əzdilər”. XəbərAl.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Yeni Azərbaycan Partiyasında keçirilən “Qarabağ Azərbaycandır! Münaqişənin həlli perspektivləri” mövzusunda […]
Qida və yem məhsullarına sağlamlıq sertifikatlarının verilməsi qaydası və forması təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla məhsullara idxalçı ölkələr tələb etdiyi hallarda Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən idxalçı ölkələrin tələbləri nəzərə alınmaqla sağlamlıq sertifikatı veriləcək. İdxalçı ölkələr tələb etdiyi hallarda agentlik tərəfindən ixrac olunan heyvan mənşəli qida məhsullarına verilən sağlamlıq […]