Cəlilabad rayonunda intihar baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb. Kənd sakini, 29 yaşlı Niftiyeva Səma Habil qızı yaşadığı evin həyətində özünü asıb. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
“Heydər Əliyev güclü dövlət yaradıb və indi bu dövlət öz xalqının firavanlığı üçün əlindən gələni edir”. Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç deyib. O deyib ki, Heydər Əliyev Azərbaycan ictimai-siyasi həyatına, hüquq sisteminə bir çox yeniliklər gətirib. Orliç […]
Ötən gün Şimal bölgəsinə yağan dolu və əsən güclü külək bir sıra fəsadlar törədib. APA-nın verdiyi məlumata görə, Qusarın Çiləgir kəndində kənd sakini Mustafayev Pərviz Tahir oğluna məxsus evin dam örtüyü uçub. Sakinlərə məxsus 40 hektar taxıl, 27 hektar tərəvəz tamamilə məhv olub. Qubanın dağlıq və dağətəyi yaşayış məntəqələrinə yağan yağıntı isə vətəndaşlara məxsus kənd […]