İranın Kirman əyalətində kömür mədəni çöküb. Qəza nəticəsində iki nəfər həlak olub, üç nəfər isə yaralanıb. Bu barədə Qırmızı Aypara Cəmiyyətinin baş direktoru Rza Fallah xəbər verib. Yaralıların vəziyyətinin qənaətbəxş olduğu vurğulanır. Qəzanın səbəbləri araşdırılır. Mənbə: Mehr Xeberal.az
Kanada ermənilərinin Milli Komitəsinin “Facebook” səhifəsində bir gün əvvəl Azərbaycanın guya Ermənistanın dinc əhalisinə qarşı “təcavüz”ü ilə bağlı yalan məlumat dərc edilib. Media.Az xəbər verir ki, Kanadadakı erməni diasporunun nümayəndələri genişmiqyaslı anti-Azərbaycan təxribatını Azərbaycanın Ermənistanın mülki əhalisinə qarşı “təcavüz”ü kimi təqdim etməyə çalışırlar. Əslində isə sentyabrın 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin […]
Gəncədə yol-nəqliyyat hadisəsi hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ-2107”, “Nissan” və “Hyundai” markalı minik maşınları toqquşub. Hadisə nəticəsində bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Xəsarət alanın vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparırılır. Xeberal.az