Azərbaycan idmançıları xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda iştirak edəcəklər. Bu barədə “Report”a Azərbaycan Qış İdmanı Növləri Federasiyanın baş katibi Günel Bədəlova məlumat verib. O bildirib ki, idmançılarımız 2024-cü ilin yanvarından etibarən beynəlxalq səviyyəli yarışlara qatılacaqlar: “Bu növə idmançıların cəlb edilməsi istiqamətində seçimlər olub. Fərqlənənlər intensiv məşqlərə start veriblər. İlk olaraq qış mövsümünə hazırlaşmaq […]
Xaçmazda marketlərin birindən seyf oğurlayan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb. Bildirilib ki, oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri Namik Şirinov və Əli Əliyev Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalar zamanı həmin şəxslər rayon ərazisində olan marketdən içərisində 2 000 (iki min) manat pul olan seyfi, müxtəlif növ siqaretləri […]
“Azərbaycan-Ermənistan sərhədində və ya Azərbaycanın Qarabağ bölgəsində eskalasiya riski var. Bakı ilə İrəvan arasında danışıqlar dalana dirəndikdən sonra vəziyyət gərginləşə bilər”. Bu barədə ABŞ-nin xüsusi kəşfiyyat-analitik şirkəti “Stratfor”un ekspertləri bildiriblər. Onların qiymətləndirməsinə görə, yeni eskalasiya dalğası bu ilin sonuna qədər sülh danışıqlarında irəliləyişin olması ehtimalını azaldacaq. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi noyabr ayı ərzində […]