Naməlum şəxslər İranın Afinadakı səfirliyinin divarına molotov kokteyli atıblar. Bu barədə bazar günü Afina polisi məlumat yayıb. Bildirilib ki, insident nəticəsində heç kim xəsarət almayıb. Hətta binaya maddi ziyan da dəyməyib. Yunanıstan polisinin məlumatına görə, üzləri şərflə örtülmüş iki nəfər motosikletlə İran səfirliyinə yaxınlaşaraq səfirliyin divarına “molotov kokteyli” atıb. Hələlik heç kim bu hücuma görə […]
Kür çayında bir nəfər batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Kür çayının Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Xeberal.az
Bakıda yaşayış binasında lift qırılıb. APA xəbər verir ki, hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb. İlkin ehtimala görə, dörd nəfər xəsarət alıb. Xeberal.az