Paytaxtın Suraxanı rayonu Yeni günəşli qəsəbəsi, D massivindəki 1 nömrəli binanın sakinləri deyir ki, qışın bu çağında mənzillərə istilik verilmir. “Xezerxeber.az” xəbər verir ki, istiliklə təchiz edilmədikləri halda da adlarına borc yazılıb. Sakinlər iddia edirlər ki, binada sistem mövcud olsa da, mənzillərdə istilik yoxdur. İstifadə etmədikləri halda istiliyə görə borcun yazılması və qurumun onlara verdiyi […]
Azərbaycan futzal millisinin DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla keçirəcəyi səfər oyununun yeri və başlama saatı açıqlanıb. Azərbaycan Futzal Federasiyasının yaydığı məlumata görə, görüş oktyabrın 11-də Astanadakı “Jekpe-Jek Arena”da təşkil olunacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək. Xeberal.az
İrandan Azərbaycana gətirilən beş ton bibər yararsız çıxıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Agentliyin əməkdaşları “Nur Agro 2021” MMC tərəfindən İrandan idxal olunan 5 890 kiloqram rəngli bibər məhsulundan nümunələr götürərək təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib. Müayinələr nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizm olan qonur […]