Bakının sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə zamanı yolda yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə minik maşını divara çırpılaraq aşıb. Sözügedən qəzanın görüntüləri sosial şəbəkələrdə yayımlanıb. Hadisənin görüntülərini təqdim edirik: Xeberal.az
Bərdədə üç gün öncə ana olan qadın bu gün həyatını itirib. APA-nın yerli müxbiri xəbər verir ki, üç gün öncə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirən qadın evə buraxılıb. Evdə səhhəti pisləşən 1999-cu il təvəllüdlü Nəsibə Canpolad qızı Əlizadə yenidən xəstəxanaya müraciət edib. Müayinələrdən sonra əməliyyata götürülən Nəsibə Əlizadənin vəziyyəti ağırlaşıb və onun həyatını xilas […]
Pentaqon Kiyevə 820 milyon dollar məbləğində növbəti hərbi yardım paketinin ayrılmasını təsdiqləyib. Bu barədə departamentin mətbuat xidməti xəbər yayıb. Paketə NASAMS zenit-raket kompleksləri, HIMARS yaylım atəşli reaktiv sistemlər üçün sursatlar, 150 min artilleriya mərmisi və kontrbatareya radarları daxil olacaq. Bir gün əvvəl ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi yardımın dünyanın 50 ölkəsi – “ABŞ-ın müttəfiqləri” […]