Avqust ayında havanın orta aylıq temperaturunun iqlim normasından bəzi yerlərdə bir qədər yüksək olacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimal olunur. Birinci ongünlüyün ortalarında havanın nisbətən sərinləşəcəyi, temperaturun norma daxilində olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq […]
“Azərbaycan Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir. Ölkəmiz Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi, həmçinin dənizlə bağlı beynəlxalq əməkdaşlığın dərinləşməsi üçün görülən işlərdə ön sırada olub”. Bunu “Report”a açıqlamasında deputat Vüqar İskəndərov deyib. Deputat qeyd edib ki, bu məqam Prezident İlham Əliyevin Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısındakı çıxışında bir daha vurğulanıb: “Prezident […]
“Hazırda Azərbaycanın bank sektorunda likvidlik normadan 2 dəfə çox – 7 milyard manat civarındadır”. “Ölkə.Az” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. Onun sözlərinə görə, həmin potensial reallaşdırılmır: “Bu isə ekosistemdəki problemlərin siqnalıdır. Həmin problemlər həll edilməlidir ki, banklar iqtisadiyyatı kreditləşdirə bilsinlər. Bankları çox […]