Almaniyanın Köln şəhərində ölkə tarixində ilk dəfə olaraq cümə günü səsgücləndiricidən azan verilib. Kölndə yaşayan müsəlmanlar bu hadisəni böyük sevinc hissi ilə qarşılayıb. Məscidlərdə izdiham müşahidə edilib. Mənbə: Ahaber Xeberal.az
Türkiyənin Parisdəki Baş Konsulluğuna naməlum şəxs və ya şəxslər tərəfindən kustar üsulla hazırlanmış əl bombası atılıb. İnsident zamanı konsulluğun binasına ziyan dəyib. Binasının divarları və pəncərələri zədələnsə də, xəsarət alan olmayıb. Paris polisi hücumda istifadə edilən partlayıcının növünü müəyyən etmək və hadisəni törədənləri tutmaq üçün genişmiqyaslı araşdırmaya başlayıb və ərazini mühasirəyə alıb. Hücuma görə məsuliyyəti […]
Qəbələ rayonunun Vəndam kəndi ərazisində, meşə ilə sərhəddəki bələdiyyə torpağında yanğın hadisəsi baş verib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib. Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda ETSN-in bütün yerli qurumlarının əməkdaşları və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri tərəfindən yanğının söndürülməsi və meşəyə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür. […]