Tarif (qiymət) Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin yuxarı həddinin təsdiq olunması əhaliyə dərmanların aşağı qiymətə alınmasına imkan verəcək. Lakin müşahidələr onu deməyə əsas verir ki, qiymətlərdə dəyişikliklərr yoxdur. Apteklərdən bildirilib ki, dərmanların ayrı-ayrılıqda qiymətlərində dəyişiklik olmasa da reseptlə və ya böyük məbləğli satışlarda müştərilərə endirim olunur. Ətraflı Baku TV-nin süjetində: Xeberal.az
Bakının Ramanı qəsəbəsində dəhşətli hadisə baş verib. Belə ki, iki azyaşlı qardaş siçan zəhərini “jelibon” bilərək yeyib və zəhərlənərək ölüb. Qeyd edək ki, ailənin bunlardan başqa uşaqları olmayıb. Daha ətraflı Baku TV-nin süjetində: Xeberal.az
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilir. APA xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlər araşdırılacaq. Qeyd edək ki, komissiyanın iclaslarının 28 May – Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir. İndiyə qədər komissiya 300-dən artıq müraciətə baxıb. Xeberal.az