Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun adına təsis edilmiş “fair-play” mükafatının sahibləri Niderlandın Veyk-an-Zee şəhərindəki “Tata Steel Chess” turnirində məlum olub. Vüqar Həşimov Şahmat Fondundan verilən məlumata görə, yarışın bağlanış mərasimində əsas və “challenge” yarışı üzrə fərqlənən qrosmeysterlər təltif ediliblər. Fond tərəfindən təsis edilən mükafat əsas yarışda mübarizə aparan almaniyalı Vinsent Kaymer və “challenge”in […]
Pentaqon Ukraynaya silah tədarükünü izləmək üçün səyləri gücləndirməyə çalışır, o cümlədən bu ölkəyə əlavə ABŞ hərbçilərinin göndərilməsini müzakirə edir. Məlumata görə, hazırda Ukraynada yerli ordunun silah təchizatına nəzarət edən çox az sayda ABŞ hərbi qulluqçusu var. Onlar cəbhə bölgələrinə getmir, lakin daşımaları izləmək məqsədilə silah və texnikanın ştrix-kodlarını skan etmək üçün Kiyevdən kənara çıxamlı olurlar. […]
4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup […]