Sosial şəbəkələrdə nadir təbiət hadisəsini əks etdirən video istifadəçiləri xeyli təəccübləndirib. Virus kimi yayılan paylaşım az müddətdə 100 mindən çox bəyənilib. Kadrlarda böyük dalğalara bənzəyən buludlar əks olunub. “Məndə bunun sunami olduğu təəssüratı yarandı. Əvvəllər belə bulud görməmişdim”, – deyə video müəllifi yazıb. Paylaşıma yüzlərlə şərh gəlib. İstifadəçilər mənzərədən heyranlıqlarını bildiriblər. Mənbə: Lenta.ru Xeberal.az
“Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram”. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib. […]
“Pandemiya məsələsində sürprizlər hər zaman olur. Payız aylarında koronavirusa görə ayrı-ayrı məktəblərdə siniflərin bağlanması ola bilər”. Oxu.Az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayevin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı keçirdiyi brifinqdə bildirib. Nazir qeyd edib ki, məktəblərin tamamilə bağlanması gözlənilmir. İlhamə Əbülfət Xeberal.az