Məlumat verildiyi kimi, dünən gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Balababa Məcidov küçəsi, 75 ünvanında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yanğın nəticəsində bir-birinə bitişik tikilən ümumi sahəsi 1 800 kvadratmetr olan […]
Misirin milli valyutasının dəyəri kəskin ucuzlaşıb. Bu barədə ölkənin Mərkəzi Bankı rəsmi saytında məlumat yayıb. Kəskin ucuzlaşma Mərkəzi Bankın faiz dərəcələrini artıracağı və sərbəst məzənnə tətbiq edəcəyi ilə bağlı xəbərlər fonunda baş verib. Qeyd edək ki, matın beşində bir dollar 30 funta satıldığı halda, bu gün artıq 50 funt sterlinqə ticarət olunub. Xeberal.az
Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Nazare şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. Oxu.Az-ın məlumatına görə, yığma B qrupunun II matçında Almaniya kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan millisinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Əvvəlki görüşdə İtaliyaya 3:7 hesabı ilə uduzan komandamız iyulun 3-də İspaniya ilə qarşılaşacaq. Xeberal.az