Bakıda metrostansiyaların sayının 25-dən 46-a çatdırılması nəzərdə tutulur. “Report”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd edilib ki, metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcək. “28 […]
“Yeddi yaşımda Laçından didərgin düşdüm. 31 ildən sonra 7 nəfərlik ailə üzvümlə doğma yurduma qayıtdım. Burada yaradılan şəraitdən məmnunam, heç bir problemimiz yoxdur”. Bunu “Report”un Qarabağ bürosunun Laçına ezam olunan əməkdaşına açıqlamasında rayonun Qarıkahası kənd sakini Xəyal Cəfərov deyib. O, 1985-ci ildə Laçın rayonu Qarıkahası kəndində anadan olub. Laçın sakini xatırladıb ki, kəndləri Ermənistan silahlı […]
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının kursantı vəfat edib. Oxu.Az-ın məlumatına görə, akademiyada əyani təhsil alan 1-ci kurs kursantı Zeynalov İbrahim Azər oğlu dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, kursant ötən gün yaşadığı Sulutəpə qəsəbəsində kəskin meningit diaqnozu ilə xəstəxanaya yerləşdirilib: “Müalicə aldığı xəstəxanada həyatını itirib”. İlhamə Əbülfət Xeberal.az