Bakıda və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ünvanlayaraq tariflərə baxılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və birgə görüşün keçirilərək yaranmış vəziyyətin müzakirə edilməsini xahiş ediblər. “Report”a daxil olan məlumata görə, müraciətdə qeyd olunub ki, bu ilin yanvar və aprel aylarında Tarif (qiymət) Şurasına müraciət edilib, lakin həmin […]
Cənubi Koreyada sürət avtomagistralı tunelində böyük yanğın baş verib. Qvaçeonda baş verən yanğın nəticəsində beş nəfər həlak olub, daha 29 nəfər yaralanıb. Avtobusla yük maşınının toqquşmasından sonra başlayan yanğın qısa zamanda tunelə yayılıb. Yanğının söndürülməsi üçün hadisə yerinə 50-yə yaxın yanğınsöndürən maşın, eləcə də helikopterlər gəlib. Mənbə: Yonhap Xeberal.az
İtkin düşmüş hesab edilən tanınmış rusiyalı aktrisa Marina Qridasova Sankt-Peterburqdakı Fontanka çayının sahilindəki evinin həyətində tapılıb. O, çılpaq və döyülmüş halda olub. Məlumata görə, “Sındırılmış fənərlər küçəsi” (“Ulitsa razbitıx fonarey”) və “İstintaqın sirləri” (“Taynı sledstviya”) seriallarının ulduzu mayın 1-də səhər saatlarında mənzilindən çıxaraq sahilə doğru hərəkət edib, bundan sonra onu heç kim görməyib. Qonşuları və […]