Bu gün Praqada Avropa Siyasi Birliyinin (ASB) sammiti keçirilir. Sammit çərçivəsində dünya liderləri Moskvaya Rusiyasız yeni dünya nizamının axtarışı barədə siqnal göndərəcəklər. Bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel jurnalistlərə bildirib. “Bu görüşdə Rusiyasız yeni dünya nizamı axtarılır”, – deyə o qeyd edib. Birliyin ilk iclasında 44 ölkənin, […]
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen Fransada belindən əməliyyat olunub. Məlumata görə, bu, mürəkkəb əməliyyat olmadığı üçün ter Stegen “Barselona”ya qayıdıb, reabilitasiyasına başlayacaq. O, iki-üç ay ərzində meydana qayıda biləcək, “Barsa” isə qapıçının Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununa hazır olmasını gözləyir. Qeyd edək ki, ağrı səbəbindən qapıçı “Barselona”nın son üç matçını buraxıb. 2023/24 mövsümünün […]
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Glassica” QSC Sənaye Parkının 2 hektar ərazisində investisiya həcmi 44,4 milyon manat olan ikinci şüşə tara məhsulları istehsalı müəssisəsi inşa edəcək. İZİA-dan verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti, şüşə tara məhsullarının istehsalçısı “Glassica” QSC Sənaye Parkının ərazisində ikinci analoji […]