Oktyabrın 31-də yol-nəqliyyat hadisəsi zamanı yaralanan Sumqayıt sakini bu gün ölüb. “Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində yaralanan sürücülərdən biri, Sumqayıt şəhər sakini 26 yaşlı Sənan Vüqar oğlu Kərimov bu gün müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, hadisə Kürdəmir rayonunda qeydə alınıb. Faktla bağlı Sumqayıt Şəhər Prokuroluğunda araşdırma aparılır. Xeberal.az
28 May – Müstəqillik Günü münasibətilə Türkiyənin İstanbul şəhərinin tarixi abidələri və körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. “Report”un Türkiyə bürosu xəbər verir ki, mayın 27-si və 28-i təşkil olunan proyeksiya ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü və qardaş ölkənin aidiyyatı dövlət qurumlarının dəstəyi ilə baş tutub. Bu münasibətlə tarixi Qalata qülləsi və İstanbulun iki qitəsini birləşdirən […]
San-Fransiskodan Floridaya uçan “JetBlue” təyyarəsində ağır çəkidə boks çempionu Mayk Tayson tərəfindən döyülən sərnişin 450 min dollar təzminat tələb edir. Bu barədə sərnişini təmsil edən vəkil Mayk Taysonun hüquq qrupunu məlumatlandırıb. Vəkilin sözlərinə görə, 2022-ci ilin aprelində səfər zamanı Taysonun hücumuna məruz qalan Melvin Taunsend adlı sərnişin xəsarət alıb və ziyan görüb. Bu səbəblə də […]