Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı Aslan Əliyev sabah müalicə aldığı xəstəxanadan müvəqqəti olaraq evə buraxılacaq. Bu barədə Bizim.media-ya yeniyetmənin bibisi Qərənfil Əliyeva məlumat verib. Onun sözlərinə görə, Aslan Əliyev evə 10 günlük buraxılır, daha sonra yenə əməliyyata alınacaq: “İki aydır Aslan xəstəxanadadır. Artıq səkkiz dəfə əməliyyat olunub. Hələ tam bərpa olunmayıb. Yanıq aldığı yerlər […]
Sumqayıtda 53 yaşlı kişi küçədə yıxılaraq ölüb. “Report”un məlumatına görə, hadisə şəhərin Koroğlu prospektində qeydə alınıb. 1970-ci il təvəllüdlü İlahəddin Atakişiyev küçədə gedərkən qəflətən yıxılıb və dünyasını dəyişib. Əraziyə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının briqadası və Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır. Xeberal.az
Məşhur supermodel Haydi Klum Almaniyanın “Glamour” jurnalının yeni nömrəsinin siması olub. Klum fotonu “Instagram” hesabında paylaşıb. Supermodel bədən quruluşunu vurğulayan dekolteli ağ dar uzun donda şəkil çəkdirib. Model görünüşünü nəhəng mələk qanadları ilə tamamlayıb. Mənbə: gazeta.ru Xeberal.az