Bu gün səhər saatlarından etibarən Ermənistanın paytaxtı İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası başlayıb. Bu barədə Ermənistan mediası məlumat yayıb. Əvvəlcə etirazçılar Saryan və Tumanyan küçələrinin kəsişməsini, həmçinin Rubinyan küçəsini bağlayıblar. Polis aksiya iştirakçılarını “Yeritasardakan” metro stansiyasına tərəf sıxışdırıb. Yerli vaxtla saat 9:00-a olan məlumata görə, 53 nəfər polis tərəfindən saxlanılıb. Qeyd edək ki, bu gün […]
İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur ki, yumurtanın qiyməti orta hesabla 45-50 faiz azalıb. Bəs bu ucuzlaşmanın səbəbi nədir? Suala aydınlıq gətirən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Bizim.media-ya bildirib ki, yumurtanın qiymətinin aşağı […]
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisinin deputatı Məlahət İbrahimqızı UNESCO-nun İrqçiliyə və ayrı-seçkiliyə qarşı 3-cü Qlobal Forumunda İcmanı təmsil edib. Bu barədə Qərbi Azərbaycan İcması məlumat yayıb. Bildirilib ki, Braziliyanın San-Paulu şəhərində keçirilən forumda UNESCO üzv dövlətlərinin yüksəksəviyyəli rəsmiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ekspertlər iştirak ediblər. M.İbrahimqızı tədbirdə panelist qismində çıxış edib və […]