Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. XəbərAl.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı tərəflər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər. XəbərAl.az
Azərbaycanda bəzi kommersiya bankları 2006-cı ildə tədavülə buraxılmış ABŞ dollarını qəbul etmir. Bununla bağlı Oxu.Az-ın redaksiyasına müraciət edən vətəndaşlar məlumat veriblər. Eyni məzmunlu bir neçə müraciətdən görünür ki, bankların bir çoxu 2006-cı il və ya bundan əvvəl tədavülə buraxılmış ABŞ dollarını manata dəyişməkdən imtina edirlər. Bankların bu addımının qanunauyğun olub-olmadığını aydınlaşdırmaq üçün Azərbaycan Mərkəzi Bankına […]
Rəsmən elan edilməsə də, Ukraynada Üçüncü Dünya müharibəsi gedir. Faktiki olaraq bütün dünya ilə təkbətək qalan Rusiya geri çəkilənə oxşamır. Müharibə özü ilə inflyasiya, sanksiyalar, aclıq və böhran da gətirir. Proseslər hazırda elə mərhələdədir ki, sülhdən, müharibənin dayandırılmasından danışmaq sadəlövhlük olardı. Qərb cəbhəsini təmsil edən ölkələrin özləri də iki cəbhəyə bölünüblər. Qərb mediasında şərti olaraq […]