Azərbaycan Xalq Cümhuriyyətinin xüsusi xidmət orqanı olan Əksinqilab ilə mübarizə təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının gəlini, ABŞ-yə köç edən ilk azərbaycanlı ailələrdən birinin övladı olan Solmaz Əlizadə vəfat edib. “Report” xəbər verir ki, S.Əlizadə Azərbaycanın tanıdılması, ABŞ-də yaşayan Azərbaycan icmasının birliyi, bötövlüyü və Qarabağ həqiqətlərinin ABŞ icmasına çatdırılması sahəsində əvəzolunmaz fəaliyyətlər göstərib. O, 2022-ci ildə Prezident […]
Roma Papası Fransisk Azərbaycan və Ermənistanı sülhə çağırıb. Bu barədə o, Vatikanda akkreditə olunmuş diplomatlara müraciət edərkən bildirib. O, həmçinin, Cənubi Qafqazdakı durumdan narahat olduğunu da qeyd edib. Qeyd edək ki, Papa Milad bayramı münasibətilə inanclılara müraciətində də Azərbaycan və Ermənistan arasında tezliklə sülhün əldə olunacağına ümid etdiyini bildirmişdi. Mənbə: TASS Xeberal.az
Filippinin Mulanay şəhərinin meri Aristotel Agirre yerli məmurların iş yerində gülümsəmələrini tələb edən fərman imzalayıb. Sənədə əsasən, onun tabeliyində olan işçilərdən birinin üzündə kədərli ifadə aşkar edilərsə, bu, intizam pozuntusu sayılacaq. Fərmana görə, gülümsəməmək iş normalarına zidd sayılacaq və müvafiq qanunlar, qaydalar və təlimatlara uyğun şəkildə cəzalandırılacaq. Mənbə: gazeta.ru Xeberal.az