Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş Füzuli şəhəri və Laçın rayonuna qayıdışla bağlı reportaj hazırlayıb. Reportajda keçmiş məcburi köçkünlərin Bakının Qaradağ rayonundan doğma yurd-yuvalarına köçünü əks etdirən görüntülər yer alıb. Qeyd edək ki, Füzuli şəhərində 258 ailə, yəni 928 nəfərin, Laçın şəhərində isə 295 ailə, yəni 1 135 nəfərin daimi məskunlaşması […]
“Bu gün bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd edib”. “Report”un xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov deyib. “Cəhdin qarşısı alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar. Saxlanılan yoxdur”, – DİN rəsmisi vurğulayıb. Xeberal.az
Azərbaycan cüdoçusu Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən Avropa çempionatında təqdirəlayiq davranışı ilə diqqət mərkəzinə düşüb. “Report”un yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 90 kq çəki dərəcəsində yer alan 19 yaşlı idmançı 1/4 finalda gürcüstanlı rəqibi Tornike Poladişvili ilə qarşılaşmada qalib gəlib. Onun yerinə yetirdiyi fənddən sonra Poladişvili ayağında ağrılar hiss edib. Nəticədə […]