Sharing is caring!
Oxşar Xəbərlər
Fransada güclü yanğın: Beşi uşaq olmaqla azı on nəfər ölüb
Posted on Author Xeberal.az
Fransanın cənub-şərqindəki Overn-Rona-Alplar regionundakı Vols-an-Velen (Vaulx-en-Velin) kommunasında yaşayış binasında baş verən yanğında beşi uşaq olmaqla azı on nəfər ölüb, 14 nəfər yaralanıb. Bu barədə Rona departamentinin prefekturası “Twitter” səhifəsində məlumat yayıb. Yanğının səbəbi hələlik məlum deyil. Dörd yaralının vəziyyəti ağırdır. Yanğının söndürülməsinə 170 yanğınsöndürən və 65 texnika cəlb olunub. Xeberal.az
Raket hücumu Odessada kilsəyə ciddi zərər vurdu – ANBAAN VİDEO
Posted on Author Xeberal.az
Bu gün Rusiya tərəfindən raket hücumuna məruz qalan Ukrayna şəhərlərindən biri də Odessa olub. Qeyd olunub ki, hava hücumu nəticəsində Odessada yerləşən kilsələrdən biri zərər görüb. Hadisə anbaan kilsənin müşahidə kamerasına düşüb. İnsident zamanı kilsənin keşişi ibadət evində dini ayinləri icra edib. Mənbə: Unian Xeberal.az
Kraliça II Elizabetin səhhətində ciddi problem: Ənənəvi tədbir qəfildən ləğv edildi – FOTO
Posted on Author Xeberal.az
Böyük Britaniyada kraliça II Elizabetin səhhəti yenidən narahatlıq doğurub. Monarxın Şotlandiyanın Balmoral qəsrində yerli sakinlər üçün ənənəvi olaraq təşkil etdiyi qəbulunun ləğvi isə bu narahatlığı daha da artırıb. Bu barədə “The Mirror” öz mənbələrinə istinadla bildirib. “Balmoralda ənənəvi qəbul adətən kraliçanın təqvimində qeyd olunur. II Elizabet onu ziyarət etməyə gələn yerli sakinləri salamlaya bilməkdən əsl […]