İranın Zahidan şəhərinə hərbi qüvvələr yerləşdirilib Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Şəhər sakini tərəfindən çəkilən videoda İran hökumətinin çoxlu sayda repressiv qüvvələri şəhərin mərkəzi küçələrində yerləşdirdiyi əks olunub. Qeyd edək ki, bu repressiv tədbirlərin Zahidan şəhərinin “Qanlı Cümə” gününün ildönümü ilə bağlı olduğu ehtimal edilir. Xeberal.az
Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan Respublikasına işgüzar səfəri çərçivəsində Bişkekdə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında iqtisadi, siyasi, humanitar sahələrdə münasibətlərin yüksələn xətt üzrə inkişafından […]
Murmanskda naməlum şəxs hərbi komissarlığın binasını yandırıb. Hadisə fevralın 23-də Kapitan Orlikov küçəsində baş verib. Tezliklə yerli sakinlərdən biri yanıq qoxusunu hiss edərək 112-yə zəng edib. Hadisə yerinə gələn yanğınsöndürənlər açıq alovu söndürüblər. Yanğın nəticəsində binanın pəncərə çərçivəsi yanıb. İlkin məlumatlara görə, hücum edən şəxs hərbi komissarlığın pəncərəsinə alışan maddə dolu şüşə atıb. Hazırda hüquq-mühafizə […]