Bakıda mağazalardan birində oğurluq hadisəsi baş verib. Bu barədə Baku.ws məlumat yayıb. Görüntülərdə bir nəfərin mağazadan 150 AZN-lik eynəyi oğurlaması əksini tapıb. Mağaza rəhbərliyinin iddiasına görə, eynəyi oğurlayan şəxs mərhum Xalq artisti Səyavuş Aslanın oğlu Çingizdir. Xeberal.az
Aktrisa Xəyalə Quliyeva əməliyyat olunub. XəbərAl.az xəbər verir ki, bu barədə o, instaqram hesabında bildirib. Tanınmış sima artıq çəkidən azad olmaq üçün bıçaq altına uzanıb. “Sonunda artıq çəkidən cərrahi müdaxilə ilə qurtulmağa qərar verdim”, – Quliyeva paylaşımında yazıb.
“İldən-ilə apteklərin sayı çoxalır, əczaçılar isə azalır”. Xezerxeber.az-ın məlumatına görə, bunu sosial sahə üzrə ekspert İlqar Hüseynli deyib. Onun sözlərinə görə, son vaxtlar ölkədə ali təhsilli əczaçı tapmaq demək olar ki, müşkülə çevrilib. O bildirib ki, apteklər şəbəkəsi kifayət qədər genişləndiyi üçün əczaçılara ciddi ehtiyac yaranıb. Ekspert bildirib ki, əczaçı azlığı gələcəkdə xidmətin keyfiyyəti ilə […]