Suraxanı rayonu, Hövsan qəsəbəsində bəzi yollar keçilməz vəziyyətdədir. Belə ki, bir neçə gündür hökm sürən qeyri-sabit hava səbəbindən suyun səviyyəsi yüksəlib, yolları su basıb. Məsələ ilə bağlı Baku TV-nin əməkdaşı Hövsan Bələdiyyəsində olub. Bələdiyyə sədri Elbrus Xəlilov ona ünvanlanan sualları tam şəkildə cavablandıra bilməyib: “Yağışın təsirindən borular çatdırmır. Təbii haldır. Mövcud vəziyyətlə bağlı müvafiq qurumlara […]
Hindistanda tunel qazaraq bankdan 120 min dollar oğurlayıblar. Oğurluq Hindistan Dövlət Bankının Bhautidəki filialında baş verib. Oğrular anbarda üç metrlik tunel qazaraq oradan qızıl və nağd pul – ümumilikdə 120 min dollar aparıblar. Bildirilir ki, cinayətkarlar bankın girişində həyəcan siqnalını söndürərək yeganə videomüşahidə kamerasını digər istiqamətə çevirərək işə salıblar. Müstəntiqlərin fikrincə, soyğunçulardan biri bank filialının […]
Cənubi Koreya hökuməti tənha həyat sürən və evlərini tərk etməyən gənclərə dəstək proqramına başlayıb. Onların sosiallaşmasına kömək etmək üçün dövlət hər ay təxminən 490 dollara bərabər olan 650 min von məbləğində müavinət ödəyəcək. Aylıq müavinət başqaları ilə ünsiyyət zamanı ciddi diskomfort hiss edən 9-24 yaş arası gənc və yeniyetmələrə veriləcək. Bu, onların məktəbə və ya […]