İyunun 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 26-31, Bakıda gecə 21-23, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz […]
Azərbaycan iqtisadiyyatının ilk altı ayda nümyiş etdirdiyi artım templəri ürək açandır. “Report” xəbər verir ki, bunu iqtisasiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, bu ilin I yarısında Azərbaycan iqtisadiyyatının 6,2%, qeyri-neft sektorunun isə 9,6% artması həqiqətən sağlam iqtisadi artımdır: “Çünki il ərzində müxtəlif iqtisadiyyatların artım templəri ilə bağlı proqnozların azaldılmasının şahidiyik. Ancaq Azərbaycanın timsalında […]
Ermənistan silahlı qüvvələri bölmələrinin ötən gecə Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribat Türkiyədə yaşayan soydaşlarımızın kəskin etirazına səbəb olub. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının bəyanatında bildirilib ki, qardaş ölkədə yaşayan 5 milyona yaxın Azərbaycan əsilli türk və diaspor təşkilatları tarixi Vətənlərini dəstəkləyirlər. “1918-ci və 1992-ci illərdə Azərbaycan türklərinə qarşı soyqırımlar və qırğınlar törədən, vətənimizə, xalqımıza böyük ağrılar yaşadan […]