İranın Zabol şəhərində əhali içməli su qıtlığından əziyyət çəkir. Bu barədə “Azad İran” “Telegram” kanalı kadrlar təqdim edib. Bildirilir ki, əhali iki aydır ki, su üzünə həsrətdir. Xeberal.az
ABŞ Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində paylaşım edilib. Syu Biniazini noyabrda Bakıda COP29-un uğurla keçirilməsinə ABŞ-ın dəstəyini vurğulamaq üçün hökumət rəsmiləri ilə görüşəcək. O, həmçinin ADA Universitetində iqlim böhranının həlli üzrə beynəlxalq əməkdaşlıq mövzusunda keçirələcək tədbirdə çıxış edəcək. […]
Ölkəmizin öz sahəsində böyük müəssisələrindən biri olan Venta Təlim, Tədris və İşlə Təmin Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimdə dövlət rəsmiləri, Venta şirkətinin əməkdaşlıq etdiyi kommersiya təşkilatlarının vəzifəli şəxsləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə mərasim iştirakçılarına şirkətin fəaliyyəti və məqsədi barədə geniş məlumat verilib. Qeyd edilib ki, şirkət ilk dəfə olaraq fəaliyyətə 2012-ci ildə […]