Sertifikatlaşdırmadan keçən müəllimlərə elektron formada sertifikat veriləcək. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan sertifikat veriləcək. Sertifikat sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanacaq. […]
İran Ali Məhkəməsi “Əhvazın Azadlığı uğrunda Ərəb Hərəkatı”nın keçmiş lideri Həbib Əsyudun (Fərəcullah Çəəb) edam hökmünü qüvvədə saxlayıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Bununla bağlı İranın rəsmi dövlət mediası bildirib. Qeyd edilib ki, son proses təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında başlanıb. Məhkəmə keçmiş liderin işinə baxıb və proses nəticəsində Həbib Əsyudun edam […]
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni sədri Rövşən Rüstəmov adıçəkilən qurumda kadr dəyişikliklərinə başlayıb. Manset.az xəbər verir ki, R.Rüstəmovun müvafiq əmri ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi Mehman Əhmədov tutduğu vəzifədən azad olunub. Onun yerinə isə Elçin Zülfüqarov təyin edilib. Qeyd edək ki, Mehman Əhmədov “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri Cavid Qurbanovun […]