Azərbaycanda fantastik qiymətə telefon nömrəsi satışa çıxarılıb. Oxu.Az xəbər verir ki, nömrə elan saytlarının birində yerləşdirilib. 150 min manata satışa qoyulan nömrənin sahibi qeyd edib ki, nömrə kreditlə satılmır. Yalnız nağd alış mümkündür. Bundan əlavə, qiymətə uyğun barter təkliflərinə də açıqdır. Qeyd edək ki, məlumatı ilk olaraq lent.az saytı yayıb. Xeberal.az
“Orta məktəbi başa vuran məzunların 66 faizi hər hansı ali və peşə təhsili olmadan cəmiyyətə atılır”. “Report” xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc “Azərbaycanda uşaqların ailə-cəmiyyət münasibətlərində yeri və rolu” ictimai rəy sorğusunun nəticələrinə həsr edilən konfransda çıxış edərkən deyib. O bildirib ki, mərkəzin hazırkı tədqiqatı uşaq və yeniyetmələrin sosial-mədəni […]
Ağcabədi rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb. Orada yaşayan 1971-ci il təvəllüdlü Rizvan Abbasov yaşadığı evin mətbəxində özünü asıb. Onun asılmış meyitini ailə üzvləri tapıblar. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırma aparılır. Xeberal.az