Madridin “Real” klubu ilə Milanın “İnter” klubu futbolçuları arasında mübadilə etməyə hazırlaşır. Bu barədə “Sky Germany” məlumat yayıb. Belə ki, danimarkalı yarımmüdafiəçi Kristian Eriksen İspaniyaya köçəcək, onun həmkarı İsco isə “İnter”in baş məşqçisi Antonio Kontenin sərəncamında olacaq. Artıq “Real” və “İnter” təmsilçiləri arasında mümkün mübadilə barədə ilkin müzakirələr aparılıb.
Baku TV-nin efirində xəbər vaxtıdır. Separatçılardan növbəti təxribat. Qarabağda səngər qazılmasının qarşısı alındı. NATO Ermənistan hökumətindən pul alıb. Prezidentin köməkçisi keçmiş baş katibi ifşa etdi. Rusiyaya pilotsuz uçuş aparatları ilə yenidən hücum edildi. Ölkənin Müdafiə Nazirliyi məlumat yaydı. Daha ətraflı BAKU NEWS-un 15:00 buraxılışında: Xeberal.az
Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. Audiovizual Şuradan verilən məlumata görə, iclasın gündəliyində duran birinci məsələ Şərqi Zəngəzur və Qarabağ bölgələrində “Azərbaycan Radiosu”, ”İctimai Radio” və “Azad Azərbaycan Radiosu” ümumölkə yerüstü radio kanallarının yayım ərazilərinin genişləndirilməsi olub. Belə ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətindən, “İctimai Televiziya və Radio Yayımları Şirkəti”ndən, “Azad Azərbaycan” Müstəqil […]