Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Mədinə” Humanitar Yardım Təşkilatı ictimai birliyi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, “Fencing” İdman Klubu və “Difai” Futbol Klubunun təşkilatçılığı ilə “Müharibə iştirakçılarının cəmiyyətə inteqrasiyası və sosial vəziyyətinin yaxşılaşdırılması” layihəsi çərçivəsində 29 aprel tarixində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ulu Öndər” Kuboku yarışı […]
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. “Bəzi ölkələr Azərbaycana sanksiya tətbiq etmişdilər”. Prezident Vətən müharibəsi zamanı üzləşdiyimiz çətinliklərdən danışdı. Şuşaya bayraq sancmaq arzusuna çatmayan şəhid. Silahdaşları qəhrəmanımızın istəyini necə reallaşdırdı? Müharibə vaxtı fədakarlığı ilə məşhurlaşan təqaüdçü. Baku TV Hikmət baba ilə bağlı hansı faktı üzə çıxardı? Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: Xeberal.az
Bakıda tarixi abidələrə qanunsuz müdaxilələrin qarşısını almaq üçün monitorinqlər aparılır. Bu barədə Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Mədəniyyət naziri Anar Kərimovun tapşırığına uyğun olaraq qurum, paytaxtda yerləşən tarixi abidələrə edilən qanunsuz müdaxilələr, təmir-bərpa işlərinin aparılması ilə əlaqədar yol verilmiş qanunsuz halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədi ilə […]