Şəki Ağır Cinayətlər Məhkəməsində Baləkən rayonunda anası Məlahət Qarayevanı ehtiyatsızlıqdan avtomobillə vurub öldürməkdə təqsirləndirilən Aygün Qarayevaya hökm oxunub. “Report” xəbər verir ki, cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Rafail Əliyevin sədrlik etdiyi iclasda A.Qarayeva 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzası 2 il sınaq müddəti olmaqla şərti cəza ilə əvəzlənib. […]
Şimali Atlantika Alyansı Qara dəniz vasitəsilə Ukraynanın ixracı üçün dəhliz yaratmaq məqsədilə NATO-nun hərbi imkanlarından istifadə etməyi düşünmür. Bunun qəbuledilməz eskalasiyaya gətirib çıxaracağını əsas gətirir. Bunu “Evropeyskaya pravda” qəzetinə müsahibəsində NATO Baş katibinin müavini Mirça Coane deyib. “NATO-nun hərbi imkanlarının cəlb edilməsi vəziyyətin həllinə kömək etməyəcək. Əksinə, biz düşünürük ki, daha da kəskinləşməsinə səbəb ola […]
Ali məktəblərin qəbul imtahanlarında test tipli tapşırıqların ləğv edilməsi tez-tez gündəmə gətirilən mövzulardandır. Məsələ hamı tərəfindən birmənalı qarşılanmır və test üsulunun ləğvi ilə bağlı zaman-zaman müxtəlif fikirlər səsləndirilir. Bəzi insanlar test üsulunun abituriyentləri əzbərçiliyə yönləndirdiyini iddia edirlər. Test üsulunun ləğvi təhsilin keyfiyyətinə necə təsir edə bilər? Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Modern.az-a açıqlamasında test üsulunun […]