Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar nəticəsində oğurluq edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən mağazaların birindən oğurluq edilməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Obyektin damını sökərək içəriyə daxil olan naməlum şəxs oradan 6500 […]
İndoneziyanın Malanq şəhərində stadionda baş verən iğtişaşlar nəticəsində azı 127 nəfər ölüb. Ölənlər arasında iki polis əməkdaşı da var. Qeyd olunub ki, iğtişaşlar “Arema” və “Persebaya” futbol komandaları arasında keçirilən oyundan sonra başlayıb. Polis əməkdaşlarının fanatlara qarşı gözyaşardıcı qazdan istifadə etməsi çaxnaşma və izdihama səbəb olub. Vurğulanıb ki, Kanjuruhan stadionunda baş verən iğtişaşlarda 180 nəfər […]
Ölkəmizdə təşkil olunan “Dəniz kuboku-2022” beynəlxalq müsabiqəsinin proqramına əsasən iştirakçı komandalar arasında futbol yarışı keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yarışın birinci mərhələsində İran hərbi dənizçiləri Rusiya komandasına qalib gəlib. Növbəti oyun Azərbaycan ilə Qazaxıstan komandaları arasında baş tutub və hərbçilərimiz rəqibdən üstün olmağı bacarıb. Rusiya və Qazaxıstan komandaları arasında üçüncü yer […]