ABŞ-nin dövlət katibi Entoni Blinken Türkiyəyə səfərə gəlib. Bildirilib ki, dövlət katibinin təyyarəsi Adanadakı İncirlik bazasına enib. Diplomatı ABŞ-nin Türkiyədəki səfiri Ceff Fleyk qarşılayıb. Daha sonra Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə helikopterlə havadan zəlzələ bölgəsinə baxış keçirib. Dövlət katibinin bu gün və sabah bir sıra görüşlər keçirəcəyi, o cümlədən Türkiyə Prezidenti Rəcəb […]
Türkiyə Respublikasında keçirilən “Qış təlimi – 2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları təlimə hazırlıq məşqlərini bitirərək aktiv fazada fəaliyyətləri icra edirlər. Hərbi qulluqçularımızın bir qrupu Qars şəhərindəki təlim mərkəzində çətin relyefli və qarlı ərazilərdə, digər bir qrupu isə […]
Ötən il dekabrın 27-də Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi Şəxsində müalicə alan B.V.-nin yemək yeyərkən başının arxa hissəsindən şillə vurulması nəticəsində boğularaq ölməsi barədə Baş Prokurorluğun Mətbuat Xidmətinə media nümayəndələri tərəfindən çoxsaylı sorğular daxil olub. Baş Prokurorluqdan Oxu.Az-a verilən xəbərə görə, həmin faktla bağlı hazırda Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır: “Araşdırma zamanı məhkəmə tibbi-ekspertizası və digər […]