Dünən səhər İranın şimal-şərqindəki Gülüstan əyalətinin mərkəzi olan Qorqan şəhərində əhalini vahiməyə salan partlayışlar baş verib. Tezliklə Qorqan şəhərinin müxtəlif hissələrinə naməlum obyektlərin düşməsi ilə bağlı video reportajlar yayımlanıb. Məlum olub ki, Qorqanın yaşayış rayonlarına, o cümlədən Standart bulvarına və Behişti küçəsinə, eləcə də ətrafdakı əkinçilik ərazilərinə minaatan mərmisinə bənzər əşyalar düşərək dağıntılar törədib, küçələrdən birinə […]
Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycanın təşəbbüsü ilə “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” üzrə birgə brifinq keçirilib. “Report” xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı qərargah binasında keçirilən birgə brifinq BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) direktoru Nihal Saadin moderatorluğu ilə baş tutub. Brifinqdə çıxış edən BMT Baş katibinin müavini, qurumun Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos (Miguel Angel […]
Dani Sebalyos mövsümün sonunda “Real Madrid”i tərk edəcək. “Kral klubu” 26 yaşlı yarımmüdafiəçi ilə başa çatacaq müqaviləni yeniləmək fikrində deyil. Futbolçu yayda azad agent kimi komandanı tərk edəcək. Onun xidmətində Madrid “Atletiko”su maraqlıdır. Sebalyos bu mövsüm “Real Madrid”in heyətində 19 matçda 1 assistlə yadda qalıb. Mənbə: “Marca” Xeberal.az