Bakıda Azərbaycan və Avstriya yığmaları arasında keçirilmiş AVRO-2024-ün seçmə mərhələ oyununda xoşagəlməz insident baş verib. “Report” xəbər verir ki, görüşün sonlarında hər iki komandanın oyunçuları mübahisə ediblər. Baş hakim futbolçuları sakitləşdirib. Qeyd edək ki, görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xeberal.az
“Uğur centlmenləri” filmində “Mitya” obrazını canlandıran Rusiya Federasiyasının (RF) Əməkdar artisti Anatoli Yabbarov 86 yaşında vəfat edib. Qeyd edək ki, A.Yabbarov 1937-ci ildə Bakıda anadan olub. Orta məktəbi bitirənədək burada yaşayıb. Yabbarovun debütü 1964-cü ildə çəkilmiş “Bir vaxtlar qoca ilə qarı var idi” filmindəki rolu olub. “Qaçış”, “Uğur centlmenləri”, “İki kapitan”, “Həbsxanadan qaçış” filmləri ona […]
Fevralın 16-na Milli Məclisin növbədənkənar iclası çağırılıb. Oxu.Az-ın məlumatına əsasən, iclasda Milli Məclis Prezident İlham Əliyevin təqdimatına baxacaq. Təqdimata əsasən, Milli Məclis yeni baş nazirin təyin edilməsinə razılıq vermək məsələsinə baxmalıdır. Qeyd edək ki, 2024-cü ilin fevralın14-də Azərbaycanda Nazirlər Kabineti istefa verib. Xeberal.az