UEFA “Qarabağ” klubunu 1750 avro cərimələyib. “Report”un əldə etdiyi məlumata görə, buna Azərbaycan çempionunun azarkeşlərinin Almaniyada “Bayer 04”ə qarşı keçirdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunundakı davranışları səbəb olub. Fanatlar pirotexniki vasitələrdən istifadə ediblər. “Köhlən atlar” IV turda bu komandaya qarşı Bakıdakı matça görə isə xəbərdarlıq alıb. “Qarabağ”ın 5 futbolçusu həmin vaxt sarı […]
Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Qazaxıstanın Almatı şəhərində Denis Tenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bürünc medal qazanıb. “Report”un məlumatına görə, qısa proqramda 188,77 xala layiq görülən 21 yaşlı idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Turnirdə birinci yeri 208,47 xalla gürcüstanlı Nioka Eqadze tutub. 192,67 xal toplayan qazaxıstanlı Dias Jirenbayev isə gümüş medala sahib çıxıb. […]
Bakıda avtomobil 5 yaşlı uşağı vurub. “Report”un məlumatına görə, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2018-ci il təvəllüdlü Arzu Rövşən qızı Ağayevanı vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az