Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 2-22 oktyabr tarixlərində arıçılıq məhsullarının 23-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Bildirilib ki, yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) baş tutacaq. Yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. […]
9 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Tədbirdə AR XİN-in rəhbər heyəti, Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi, əməkdaşları, habelə ölkəmizdə səfərdə olan Pakistan Milli Müdafiə Universitetinin […]
Türkiyədə keçirilən görüşlərdə iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edən birgə təşəbbüslər, eləcə də ticarət tərəfdaşlığının perspektivləri barədə müzakirələr aparılıb. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin ticarət naziri Ömer Bolat arasında görüş keçirilib. Görüşdə nazir Mikayıl Cabbarov bildirib ki, Azərbaycan və Türkiyə arasında qardaşlıq və müttəfiqlik əlaqələri iqtisadi sahədə […]